HADİSƏ

Ağır qəza 2 nəfərin ölümünə səbəb oldu

Digər 2 nəfər - 45 yaşlı qadın və 6 yaşlı uşaq isə kritik vəziyyətdə 3 saylı şəhər xəstəxanasına aparılıb.
Sputnik

BAKI, 17 noyabr — Sputnik. Səhiyyə Nazirliyi bu gün Bakının Xəzər rayonunda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Mərdəkan yolunda baş verən qəza barədə Təcili Tibbi Yardıma çağırış 10:52-də daxil olub.

Hadisə zamanı 2 nəfər yerində dünyasını dəyişib. Digər 2 nəfər - 45 yaşlı qadın və 6 yaşlı uşaq isə kritik vəziyyətdə 3 saylı şəhər xəstəxanasına aparılıb.