İQTİSADİYYAT

Telefonunuzu çıxarıb ödəyin: "Nağdsız" ödənişin yeni üsulu çox şey vəd edir

Demək olmaz ki, azərbaycanlılar müasir texnologiyalardan istifadəyə meylli deyillər. Ölkədə elektron ticarət sürətlə inkişaf edir. 
Sputnik

BAKI, 17 noyabr - Sputnik. Maaşların və pensiyaların ciddi artımı ilə əlaqədar Azərbaycanda nağdsız ödənişlərin artımını gözləmək olar. Lakin bunun üçün bütün mövcud elektron hesablaşma alətlərindən istifadə olunmalıdır, o cümlədən, yalnız smatrfonla həyat keçirmək mümkün olanlardan.

2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununa görə, maaş və pensiyalar şəxsi bank hesablarına köçürülməlidir, oradan isə sonradan ödəniş kartının, nadir hallarda isə çek kitabçasının köməyilə xərclənə bilər.

Faizsiz pensiya problemi: "Bütün bankomatları prosesə cəlb etmək lazımdır"

2019-cu ilin sentyabrın sonları üçün dövriyyədə olan bank kartlarının sayı 7,266 milyona çatıb, bu isə ötən il oktyabrın əvvəlindəki göstəricidən 909 min ədəd çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında qeydə alınmış kart əməliyyatlarının həcmi 1,911 milyard manata çatıb, bu isə ötənilki göstəricilərdən 35,4% çoxdur.

Lakin bank kartları ilə dövriyyənin artması əhalinin müxtəlif xidmət və məhsullara görə ödənişdə plastik pulqabılarıdan istifadəyə keçdiyi anlamına gəlmir. 

İl ərzində bank kartları ilə ticarət mərkəzlərində ödəniş edilməsi cəmi 10% artıb. Bunun səbəbi vətəndaşlarıngörünməyən ödənişlərə etimadsızlığı və kiçik ticarət obyektlərinin POS-terminaldan istifadə etmək istəməməsidir. 

Yanacaqdoldurma məntəqəsindəki bankomatı soymaq istədilər

Nəticə olaraq bu ilin avqustunda azərbaycanlılar bankomatlardan 1,319 milyard manat çıxarıblar, bu da ötənilki göstəricilərdən 295 milyon çoxdur. Başqa sözlərlə, bank kartlarına gələn vəsaitin 69%-ni əhali nağdlaşdırır.

Lakin demək olmaz ki, azərbaycanlılar müasir texnologiyalardan istifadəyə meylli deyillər. Ölkədə elektron ticarət sürətlə inkişaf edir. 

Əhali məsafədən ödənişin üstünlüklərini qiymətləndirir.

Ona görə də ola bilsin ki, etibarlı, effektiv və işlək sistem hazırlamağın vaxtı çatıb. Bu sistem real dükanlarda alışı POS-terminalın deyil, mobil telefonun köməyilə qiymətləndirməyə imkan verməlidir. Bu yalnız NFC (Near field communication, kiçik məsafələrə simsiz məlumat ötürmə texnologiyası) sistemi deyil. Bir sıra etibarlı və sadə proqram-tətbiqlər yazmağa ehtiyac var.

“Kapital Bank” bankomat şəbəkəsini genişləndirir

Smartfonlar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib və ondan tam istifadə etmək vaxtıdır. Bu isə şübhəsiz ki, nağdsız hesablaşmaların artmasına səbəb olacaq.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ilin sonlarında ölkədə 10, 339 milyon mobil telefon abonenti var idi. Bu, ölkə əhalisinin sayından çoxdur və mobil qacetlərin əhatəsi kifayət qədər genişdir. Qalır bu ideyanı həyata keçirmək.