HADİSƏ

Bakıda 2 avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb

"Opel" markalı nəqliyyat vasitəsinin sürücüsü, 1982-ci il təvəllüdlü Zeynalov Xəyal Rizvan oğlu xəsarət alıb.
Sputnik

BAKI, 17 noyabr - Sputnik. Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Hövsan qəsəbəsində baş verib.

"Opel" markalı maşınla digər minik avtomobili toqquşub. Nəticədə "Opel" markalı nəqliyyat vasitəsinin sürücüsü, 1982-ci il təvəllüdlü Zeynalov Xəyal Rizvan oğlu xəsarət alıb.