Almaniya, Niderland, Avstriya və Xorvatiya məqsədlərinə çatıblar

Şənbə günü keçirilmiş oyunların nəticələrinə əsasən Avropa çempionatının final mərhələsinə daha dörd komanda yüksəlib.
Sputnik

Şənbə günü 2020-ci il Avropa çempionatının təsnifat mərhələsinin doqquzuncu turu başa çatıb.

• Avstriya, Almaniya, Niderland və Xorvatiya AVRO-ya gedirlər

• Rusiya böyük hesabla Belçikaya uduzaraq ikinci yerdə qərarlaşır

• Uels Slovakiyanı qabaqlayır, Macarıstan ikincidir

C qrupu

Almaniya - Belarus 4:0

Almaniya dalbadal 13-cü dəfə Avropa çempionatına çıxıb. Mattias Ginter birinci hissənin lap sonunda dabanı ilə möhtəşəm qol vurdu, fasilədən sonra isə almanlar daha üç top vurublar. Toni Kroos dubl edib, daha bir qol isə Leon Qoretskinin hesabındadır. Qonaqların da qol vurmaq şansı olub, lakin Manuel Noyer penaltini qaytarıb.

Şimali İrlandiya - Niderland 0:0

Heç-heçə narıncılara AVRO-ya çıxmaq üçün bəs etdi. Şimali İrlandiya futbolçulıarı indi final mərhələsinə yalnız pley-off vasitəsilə çıxa bilərlər. Meydan sahibləri görüşə inamla başlasalar da, az qala öz qapılarından qol buraxacaqdılar - Steven Berqheysin zərbəsi üst diryə tuş gəldi. Oyunda qol vurmaq üçün ən yaxşı şans isə Şimali İrlandiyanın kapitanı Stiven Devisdə oldu. O, 32-ci dəqiqədə penaltini qapı tirindən yuxarı vuraraq həmyerlilərini məyus etdi.

E qrupu

Azərbaycan - Uels 0:2

Birinci hissədə vurulmuş iki qol uelslilərin AVRO-ya birbaşa vəsiqə qazanmaq şansını qorudu. Kiffer Mur Harri Uilsonun künc zərbəsini qola çevirərək hesabı açdı. İkinci qolu isə artıq Uilsonun özü vurdu. O dirəyə dəyib qayıdan topu başı ilə topu qapıya yönəltdi.

Xorvatiya - Slovakiya 3:1

Əzmkar qələbə Xorvatiyaya AVRO-ya birinci yerdən getməyə imkan verdi. Robert Bojenik 32-ci dəqiqədə qonaqları irəli çıxardı, lakin dörd dəqiqə fasilə ilə Nikola Vlaşiç və Bruno Petkoviçin vurduğu qollar oyunun gedişini dəyişdilər. Sonra Robert Mak oyundan çıxarıldı, İvan Perişiçin qolu isə oyunda son nöqtəni qoydu.

G qrupu

Avstriya - Şimali Makedoniya 2:1

Devid Alaba və Ştefan Layner hər hissədə bir qol vuraraq öz komandalarına ikinci dəfə dalbadal AVRO-ya çıxmaq imkanı yaratdılar. Qonaqlar yalnız Vlatko Stoyanovskinin artırılmış vaxtda qolu ilə cavab verdilər. Makedoniyalıların hələ UEFA Millətlər Liqasının D qrupunun qalibləri kimi pley-off vasitəsilə AVRO-ya çıxmaq şansları var.

Sloveniya - Latviya 1:0

Meydan sahibləri ikinci hissənin əvvəlində İqor Tarasovun avtoqlu sayəsində qələbə qazandılar, lakin avstriyalıların Şimali İrlandiya üzərində qələbəsi slovenləri qrupdan çıxmaq şansından məhrum etdi. Latviya yığmasının qapıçısı Pavel Şteynbor birinci hissədə bir neçə dəfə qapısını qoldan xilas etdi, epizodlardan birində isə qonaqları üst dirək qorudu.

İsrail - Polşa 1:2

Qjeqoj Krıxovyak artıq dördüncü dəqiqədə yaxın məsafədən zərbə ilə hesabı açdı, fasilədən sonra isə polyaklar Kşiştof Pentekin dəqiq zərbəsi sayəsində hesab arasındakı fərqi artırdılar. Dolev Xazizanın meydançaya çıxması meydan sahiblərinin oyununda kreativliyi artırdı, lakin məğlubiyyətdən qurtulmağa kömək etmədi. İsraillilərin yeganə qolunu ikinci hissədə Munas Dabbur vurdu.

I qrupu

Rusiya - Belçika 1:4

Belçika Sankt-Peterburqda inamlı qələbə qazanaraq qrupda birinci yeri özü üçün təmin edib. Rusiyalılar oyuna fəal başlasalar da, belçikalılar Torqan Azarın dəqiq zərbəsindən sonra irəli çıxdılar. Sonrakı iki qolu onun qardaşı Eden vurdu. Fasilədən sonra Lukaku qonaqların dördüncü topunun müəllifi oldu, oyunun sonunda Georgi Cikiya toplardan birinin əvəzini çıxıb.

Kipr - Şotlandiya 1:2

Ple-off oyunlarında iştirak edəcək şotlandlar qrupda üçüncü yerə çıxıblar. Lakin oyunun əvvəlində George Efremin üst dirəyə dəyən zərbəsi onları ciddi qorxutmalı idi. Rayan Kristi fantastik zərbə ilə hesabı açdı, fasilədən sonra Efrem hesabı bərabərləşdirsə də, qonaqlar Con Makginninin bu seçmə mərhələdə beşinci qolu sayəsində qələbəyə nail olublar.

San-Marino - Qazaxıstan 1:3

Baxtiyer Zaynutdinov və Aleksey Şetkin başları ilə hərəyə bir qol vuraraq Qazaxıstana təsnifat ərzində üçüncü qələbəni qazanmağa kömək ediblər.  Üçüncü qol Qafurjan Suyumbayevin hesbındadır. Meydan sahiblərinin də sevinmək üçün səbəbləri olub - Filippo Berardi fasilədən sonra bu seçmə mərhələdə San-Marinonun ilk qolunu vurub. Apenninlilər üçün bu 17 oyunda ilk qol olub - sonuncu dəfə onlar 2017-ci il sentyabrın 4-də Azərbaycana 1:5 hesabı ilə məğıub olduqları oyunda qol vurublar. Öz meydançasında San-Marino 2013-cü ilin sentyabrından qol vurmur.