BAKI, 16 noyabr — Sputnik. Rusiya hüquq-mühafizə orqanları terrorçulara yardım etməkdə ittiham edilən azərbaycanlı barəsində beynəlxalq axtarış elan edib. Sputnik Azərbaycan İnterpolun saytına istinadla xəbər verir ki, terrorçuluğa yardım etməkdə təqsirli bilinən Şəki rayon sakini, 1983-cü il təvəllüdlü Zaur Quliyev barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.
Hazırda Z.Quliyevin saxlanılması istiqamətində beynəlxalq axtarışlar davam etdirilir.