HADİSƏ

Sumqayıtda zəhərlənən işçilərdən xəbər var

Həmin ərazidə çalışan digər şirkətlərin işçilərinin səhhətində heç bir problem yoxdur. Məlumata görə, həmin ərazidə olan zavodlarda qaz sızması aşkarlanmayıb
Sputnik

BAKI, 16 noyabr — Sputnik. Sumqayıt şəhərində “Ustay” şirkətində çalışan işçilərin halı pisləşib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, şirkətin 13 nəfər işçisi narahatlıq hiss edib, onlarda baş gicəllənməsi, ürək bulanması halları qeydə alınıb.

İşçilər “Unikal” klinikasına müayinəyə göndəriliblər. Onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. Hələ ki, hadisənin səbəbi bəlli deyil.

Həmin ərazidə çalışan digər şirkətlərin işçilərinin səhhətində heç bir problem yoxdur. Məlumata görə, həmin ərazidə olan zavodlarda qaz sızması aşkarlanmayıb.

Qeyd edək ki, bu gün Sumqayıt şəhərində qazdan zəhərlənmə olduğu barədə məlumat yayılıb. Xəbərdə zəhərlənən şəxslərin SOCAR işçiləri olduğu iddia edilirdi.