İsveç millisi Rumıniyaya qalib gələrək AVRO-2020-nin finalına vəsiqə qazandı

İsveç yığmasının futbolçuları səfərdə Rumıniya üzərində qələbə qazanaraq AVRO-nin final mərhələsində oynamaq hüququnu təmin ediblər
Sputnik

İsveç millisi 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Rumıniyaya qalib gələrək turnirin final mərhələsinə adlayıb.

F qrupunun Buxarestdə keçirilən oyunu isveçlilərin 2:0 hesablı qələbəsi ilə bitib. Qolları Markus Berq (18-ci dəqiqə) və Robin Kvayson (34) vurublar.

Qrupun paralel oyununda İspaniya Malta komandasını darmadağın edib - 7:0.

Seçmə mərhələnin sonuna bir tur qalmış 18 xal toplayan İsveç millisi ikinci pillədən turnirin final mərhələsinə çıxıb. Sonrakı yerlərdə Rumıniya (14 xal), Norveç (14), Farer adaları (3) və Malta (3)  gəlir. AVRO-2020-nin final mərhələsinə birinci pillədən adlayan isə doqquz oyuna 23 xal toplayan ispanlar olub.