BAKI, 16 noyabr — Sputnik. Bakıda qadın sürücü avtomobil qəzasında ölüb. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumata görə, qəza Bakı şəhərinin Suraxanı rayonunda baş verib. Belə ki, "Mitsubishi" markalı minik avtomobili yol kənarındakı beton plitəyə çırpılıb. Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
1968-ci il təvəllüdlü Dadaşova Tacirə Fəxrəddin qızının meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.