Türkiyədə bir milyon şəxs korluq riski ilə üzləşib

Bir neçə il öncə 7 milyon olan şəkər xəstələrinin sayı artıq 11 milyona çatıb, onların təxminən onda birinin isə görmə qabiliyyətini itirmə riski var
Sputnik

BAKI, 16 noyabr — Sputnik. Bu gün dünyada 300 milyondan artıq şəxs şəkər xəstəliyindən əziyyət çəkir.  20 il sonra isə bu gedişlə rəqəmin 1 milyarda çatacağı proqnozlaşdırılır. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, son illərdə bu ölkədə də şəkər xəstələrinin sayında əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Belə ki, bir neçə il öncə 7 milyon olan şəkər xəstələrinin sayı artıq 11 milyona çatıb. Məlumata görə, 11 milyon şəkər xəstəsinin təxminən onda birinin isə görmə qabiliyyətini itirmə riski var. 

Həkimlər isə bildirirlər ki, xüsusən 18-45 yaşlarda bu risk daha da artır. Bu riskdən qorunmaq üçün şəkər xəstələrinin mütəmadi olaraq göz müayinələrindən keçməsi tövsiyə olunur.