Tbilisidə qəribə mitinq: başbilənlər yoxdur - FOTO

Müxalifət liderləri aksiyaya qatılmayıblar. Onlar Leyboristlər partiyasının qərargahına toplaşaraq sonrakı addımları götür-qoy edirlər
Sputnik

BAKI, 15 noyabr — Sputnik. Dünəndən etibarən Gürcüstanda müxalifət proporsional sistem üzrə növbədənkənar parlament seçkisi keçirilməsi tələbi ilə yenidən etiraz aksiyalarına başlayıb.

Sputnik Gürcüstan xəbər verir ki, Tbilisidə Parlament qarşısında bir neçə yüz insan toplaşıb.

Parlament qarşısında insanlar çadır qurub, özləri ilə dövlət bayraqlarını və "Dəyiş" şüarlarını gətiriblər.

Aksiya iştirakçılarının bir qismi çıxış edənləri dinləyir. Bir qismi isə çəlləkdə yandırılan odunun istisinə qızınır. Odunu, çəlləkləri və ədyalları çadır şəhərciyinə hələ gündüzdən gətiriblər.

Müxalifət liderləri aksiyaya qatılmayıblar. Onlar Leyboristlər partiyasının qərargahına toplaşaraq noyabrın 17-də keçirəcəkləri irimiqyaslı mitinqdən əvvəl addımlarını götür-qoy edirlər.