İvankanın Vaşinqton küçələrində elə görüntüləri yayıldı ki...

38 yaşlı İvanka həyat yoldaşı ilə birgə öz qardaşı kiçik Donald Trampın tədbirinə qatılıb. Belə ki, kiçik Trampın kitabı "Trigger" "New York Times"ın versiyasına görə, "bestseller" siyahısına düşüb
Sputnik

BAKI, 15 noyabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Trampın qızı İvanka Vaşinqton küçələrində pijama stilində kostyumda gəzib. Bu barədə Sputnik Azərbaycan "Daily Mail"ə istinadən xəbər verir.

Yayılan görüntülərdə İvankanın zərif-çəhrayı rəngli oversayz pençək, yüksək belli şalvarda olduğu görünür.

38 yaşlı İvanka həyat yoldaşı ilə birgə öz qardaşı kiçik Donald Trampın tədbirinə qatılıb. Belə ki, kiçik Trampın kitabı "Trigger" "New York Times"ın versiyasına görə, "bestseller" siyahısına düşüb.