HADİSƏ

Bakıda yanğın olub, zəhərlənənlərin yarısı uşaqlardır

Saat 2 radələrində başlayan yanğında xəsarət alanlara yardım üçün hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib
Sputnik

BAKI, 15 noyabr — Sputnik. Bakının Xətai rayonunda yanğın olub, 11 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına istinadən bildirir ki, onlardan 5-i uşaqdır.

Bu dəfə yanğını polis söndürdü

Nazirliyin mətbuat xidmətindən xəbərə görə, Xətai rayonu Neapol küç. 29/42 m. 79-da mansardın yanması barədə məlumat təcili yardıma saat 01:48-də daxil olub. Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. 5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb.

Xəsarət alanlar 1965-ci il təvəllüdlü Salmanova Şəfəq Şabəddin qızı, onun bacısı, 1968-ci il təvəllüdlü İsmayılova Şəlalə Şabəddin qızı, 32 yaşlı Əliyev Zaur Arzuman oğlu, onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Əliyeva Səbinə Asif qızı, onların övladları, 2013-cü il təvəllüdlü Ayan Əliyeva, 2016-cı il təvəllüdlü Aliyə Əliyeva və 2018-ci il təvəllüdlü Asim Əliyev, habelə 33 yaşlı Tağıyeva Sevinc Əbilfəz qızı, onun övladları, 2008-ci il təvəllüdlü Tağıyev Əhməd Rəşad oğlu, 2014-cü il təvəllüdlü Tağıyeva Elay Rəşad qızı və S.Tağıyevanın anası, Nağıyeva Kifayət Qəşəng qızıdır.

Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.