CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dünyadakı vəziyyət dinin rolunun ciddi qavranışını tələb edir" - Serikbay Oraz

"Qazaxıstan olaraq biz də sizə qoşulur, hər zaman geniş və səmərəli əməkdaşlığa hazır olduğumuzu bildiririk. Allah bizə ali məqsədlərə nail olmaqda yar olsun!"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 noyabr - Sputnik. "Azərbaycan və Qazaxıstan iki qardaş ölkədir. Bu cür beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunması təqdirəlayiqdir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Serikbay Oraz Dünya dini liderlərinin II Bakı Sammitinin II plenar iclasında çıxışı zamanı bildirib.

Dünya dini liderlərinin sammitində Bakı Bəyannaməsi qəbul edildi

Onun sözlərinə görə, bütün dünyanı və icmaları narahat edən problemlərin həllinin tapılmasında dini liderlərin məsuliyyəti var: "Dünya ictimaiyyəti qarşısında işimiz gündən-günə artmaqdadır. Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə ölkəmizdə dini rəhbərlərin qurultayı keçirilib".

Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri vurğulayıb ki, bu gün dünyadakı vəziyyət dinin rolunun ciddi qavranışını tələb edir: "İctimai-siyasi sabitliyin bərqərar olunmasında dinin əhəmiyyəti qeyd olunur. Quranı-Kərimdə də deyilir ki, bir-birinizə möminlikdə dəstək olun. Peyğəmbərin sözlərində də oxşar ifadələri oxuyuruq. Biz heç zaman unutmamalıyıq ki, mümkün xidmətlər Allahın mərhəmətinə, ruzisinə aparan yoldur. Bu yolu möhtərəm Allahşükür Paşazadənin fəaliyyətində xüsusi şəkildə görürük. Qazaxıstan olaraq biz də sizə qoşulur, hər zaman geniş və səmərəli əməkdaşlığa hazır olduğumuzu bildiririk. Allah bizə ali məqsədlərə nail olmaqda yar olsun!".