CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Almaniyadan geri qaytarılan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" sazişin icrası çərçivəsində Almaniyadan Azərbaycana qaytarılanların 21-i uşaq olub
Sputnik

BAKI, 15 noyabr — Sputnik. Almaniyadan ölkəmizə 61 nəfər Azərbaycan vətəndaşı geri qaytarılıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" sazişin icrası çərçivəsində noyabrın 14-də Almaniyadan Azərbaycana çarter reysi ilə 61 nəfər Azərbaycan vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib. Onların 22 nəfəri kişi, 18-si qadın, 21-i uşaq olub.