RUSİYA

Rusiyada böyük terror aktının qarşısı alındı

Plana əsasən, o pul tapacaqdı, silah alacaq, əldəqayırma partlayıcı qurğu düzəldəcək, lazımi vaxtı gözləyəcək və ən azı 50 nəfəri öldürəcəkdi
Sputnik

BAKI, 15 noyabr — Sputnik. Rusiyada şagird kütləvi qətliam törətməyi planlaşdırırmış. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "ura.ru" nəşrinə hüquq-mühafizə orqanlarına yaxın olan mənbə bildirib.

Məlum olub ki, Perm diyarı, Çerdanadan olan yeniyetmə gələcəkdə planlaşdırdığı cinayətin planını dəftərdə yazıb.

"Plana əsasən, o, pul tapacaqdı, silah alacaq, əldəqayırma partlayıcı qurğu düzəldəcək, lazımi vaxtı gözləyəcək və ən azı 50 nəfəri öldürəcəkdi", - deyə məlumatda bildirilir.

Şagird planını həyata keçirə bilməyib. Hazırda onunla mütəxəssislər işləyirlər.