Avropa bunu Türkiyədən heç gözləmirdi, Ankara kəşfiyyat işlərinə başladı

Avropa İttifaqının sanksiyaları Ankaranın Aralıq dənizinin şərqində geoloji kəşfiyyat işləri aparmaq planlarına təsir etməyəcək
Sputnik

BAKI, 15 noyabr — Sputnik. Avropa İttifaqının sanksiya hədəsinə baxmayaraq, Türkiyəyə məxsus "Fatih" qazma gəmisi Kipr sahillərində karbohidrogen yataqlarında geoloji-kəşfiyyat işlərinə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

"Fatih" gəmisi Türkiyə şelfində kəşfiyyat işlərini yekunlaşdırıb və ötən gün Kiprdə olan Karpas yarımadasından cənubda yeni missiyasına başlayıb", - deyə Fuad Oktay qeyd edib.

O əlavə edib ki, Avropa İttifaqının sanksiyaları Ankaranın Aralıq dənizinin şərqində geoloji kəşfiyyat işləri aparmaq planlarına təsir etməyəcək.