Ərdoğan ABŞ lideri ilə görüşdən sonra inamlı danışdı

Türkiyə lideri ölkəsindəki 4 milyon suriyalı qaçqın üçün 40 milyard dollar xərclədiklərini, Avropanın isə bu məsələyə sadəcə 3 milyard dollar ayırdığını bildirib.
Sputnik

BAKI, 14 noyabr - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Tramp ilə görüşdən sonra bir sıra maraqlı açıqlamalar verib. Sputnik Azərbaycan-ın xəbətinə görə, Ərdoğan Suriyadakı təhlükəsiz bölgəyə 6 ay - 2 il aralığında 1 milyon qaçqın yerləşdirə biləcəklərini deyib. Ərdoğan daha 1 milyon qaçqını Raqqa və Deyr-əz-Zor bölgələrinə yerləşdirə biləcəklərini vurğulayıb.

Türkiyə lideri həmçinin ölkəsindəki 4 milyon suriyalı qaçqın üçün 40 milyard dollar xərclədiklərini, Avropanın isə bu məsələyə sadəcə 3 milyard dollar ayırdığını bildirib. 

Ərdoğan bir daha təhlükəsiz bölgənin Türkiyənin nəzarətində olmalı olduğunu bəyan edib.