SƏHİYYƏ

Azərbaycanda şəkər xəstəsi olan uşaqların sayı açıqlandı

Azərbaycanda iki yüz əlli beş mindən çox şəkərli diabet xəstəsi var ki, onlardan 1800 nəfəri uşaqlardır.
Sputnik

BAKI, 14 noyabr — Sputnik. Bu gün Azərbaycanda şəkər xəstəsi olan uşaqlar və yeniyetmələrin sayı 1800-dür. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Diabet Liqasının sədri Yeganə Soltanova məlumat verib. O, bu rəqəmin digər ölkələrlə müqayisədə də çox olmadığını deyib: "Hər il Endokrinoloji Mərkəzə şəkərli diabetlə bağlı ilk dəfə olaraq 25 minə yaxın şəxs müraciət edir. Hazırda isə ölkəmizdə belə xəstələrin ümumi sayı 255 mindən çoxdur".

"Düzgün qidalanma və fiziki aktiv həyat tərzi keçirməklə normal həyata davam etmək olar. Çünki qida rasionunu nəzarətdə saxlayan şəxslərin 70 faizində bu xəstəlik zamanı heç bir fəsad aşkarlanmır", - deyə o əlavə edib.