SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev bolşeviklər tərəfindən qəbul edilən qərara diqqət yönəltdi

Çar Rusiyasının XX əsrin əvvəllərində çap edilmiş xəritələrində Dağlıq Qarabağa aid olan ərazidə bütün toponimlər Azərbaycan mənşəlidir.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 noyabr - Sputnik. "Dinlərarası dialoqdan danışarkən təkcə müsbət məqamların qeyd edilməsi ilə kifayətlənməməliyik. Eyni zamanda münaqişələri din amilinə bağlamaq cəhdlərini də çox ciddi şəkildə pisləməliyik. Bu nümunələrdən biri uzun illər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Bildirməliyəm ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı bu torpaqda yaşayıb-yaratmışdır. Əsrlər boyu qədim xəritələrdə, eyni zamanda Çar Rusiyasının XX əsrin əvvəllərində çap edilmiş xəritələrində Dağlıq Qarabağa aid olan ərazidə bütün toponimlər Azərbaycan mənşəlidir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Liderlərinin II Bakı Sammitinin açılışı zamanı bildirib.

Prezident Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordenini təqdim edib

O qeyd edib ki, Qarabağ xanlığı Azərbaycan xanlığı olub: "Sadəcə olaraq XIX əsrin əvvələrində ermənilər Dağlıq Qarabağa köçürüldü və XX əsrdə orada milli tərkib böyük dərəcədə deformasiyaya uğramışdı. Onu da bildirməliyəm ki, Bolşevik inqilabından sonra respublikalar arasında çizilən xəritələrə gəldikdə, o vaxt bolşevik hökuməti tərəfindən qərar qəbul edilmişdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bu çox önəmli məqamdır. Çünki tarixi təhrif etməkdə usta dərəcəsinə çatan erməni tarixçiləri qeyd edirlər ki, Dağlıq Qarabağın Azərbaycana verilməsi haqqında qərar qəbul edilmişdi. Halbuki bu belə deyil. Tarixi sənədlər göstərir ki, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsində saxlamaq haqqında qərar qəbul edilmişdi. Bu eyni zamanda tarixi, siyasi məqamları əks etdirir. Ancaq Sovet İttifaqının dağılması ərəfəsində Dağlıq Qarabağda və Ermənistanda baş qaldırmış millətçi qüvvələr Azəraycana qarşı aqressiyaya başlamışdır. Hərbi aqressiya nəticəsində torpaqlarımızın təxminən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafda olan 7 rayon işğal altına düşüb. Bu ərazilərdə Azərbaycan xalqına qarşı soyqırımı törədilmişdir. Bizim tarixi abidələrimiz, qəbrlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılıb".

Birinci vitse-prezident Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik

Prezident vurğulayıb ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilib: "Bu qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlardan çıxarılması haqqında açıq aydın müddəalar var. Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər Beynəlxalq təşkilatlar, Qoşulmama Hərəkatı, İƏT, Avropa Parlamenti, Avropa Şurası oxşar qərar və qətnamələr qəbul etmişlər. Münaqişənin həlli ilə bağlı yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır".

O qeyd edib ki, Dağlıq Qarabağdan, Ermənistandan və Qarabağın ətraf rayonlarından bir milyon azərbaycanlı qaçqın və köçkün vəziyyətinə düşmüşdür: "O zaman Azərbaycan əhalisi 8 milyon idi. Təsəvvür edin ki, nə qədər böyük humanitar fəlakət idi. Buna baxmayaraq, Azərbaycan uğurla inkişaf edir, ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Ötən ay Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşünün Yekun Bəyannaməsi də həqiqəti əks etdirir. Qeyd etməliyəm ki, Azərbaycan ötən il bu böyük təşkilata sədrliyi öz üzərinə götürmüşdü. 120 ölkənin yekdil qərarı ilə Azərbaycan bundan sonra 3 il müddətində Qoşulmama Hərəkatına sədrlik edəcək".