BAKI, 13 noyabr — Sputnik. Bakıda maraqlı oğurluq hadisəsi baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, müğənni Vüqar Muradovun evinə gələn usta 3500 manat oğurlayıb.
"Kombi ustası evimdən 3500 manat pulumu oğurlayıb. Pulumu hər zaman evdə istilik sisteminin arxasında saxlayırdım. Dünən səhər bizə gəldi, kombini düzəldib getdi. Yatmışam, ağlıma gəlməyib. O da pulu oradan götürüb gedib. Zəng vurdum ki, qardaş, heç kim bilməyəcək, öz xoşluğunla pulumu gətir qaytar. Mənimlə elə danışdı ki... Dedim, dünən yox, o biri gün oradan 2500 manat pul götürmüşəm, dünən səhər də evə sən gəlmisən. Atama maşın almağa gedirdim. Əlimi atdım ki, pulu götürüm, gördüm, yoxdur".
Qeyd edək ki, aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edilib. Qısa zamanda oğru tapılıb və oğurlanan məbləğ zərərçəkənə qaytarılıb.
Vüqar Muradov "Yeni ulduz" mahnı müsabiqəsinin qalibi olub.