CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metrosunda sıxlıq yaranıb

Sərnişinlərin qatarların qapılarını tutub saxlamaları metro qatarının 20-30 saniyə gecikməsinə səbəb olub.
Sputnik

BAKI, 13 noyabr — Sputnik. Bu gün səhər saatlaırnda "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində qatarlaırn hərəkətində ləngimə olub. Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hadisəyə səbəb sərnişin sıxlığı olub: "Sərnişinlərin qatarların qapılarını tutub saxlamaları qatarın 20-30 saniyə gecikməsinə səbəb olub. Belə olan halda, yəni qatar stansiyadan gec çıxdıqda isə tuneldə digər qatarlarla rastlaşmaması üçün sürətini azaltmalı olur. Nəticədə bəzi stansiyalarda interval 4-5 saniyə, "İçərişəhər" və "20 yanvar" stansiyaları istiqamətində isə 5-7 dəqiqəyə çatıb".

B.Məmmədov bildirib ki, hazırda intervalın azaldılması istiqamətində işlər görülür.