SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hillari Klintondan bu sözləri heç kim gözləmirdi

ABŞ prezidentliyinə keçmiş namizəd bildirib ki, hazırda dövlət başçısı olmaq iddiaları onu düşündürmür.
Sputnik

BAKI, 13 noyabr — Sputnik. Hilari Klinton bəyan edib ki, onun 2020-ci il prezident seçkilərində namizəd olmaq planları yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bunu sabiq dövlət katibi Hilari Klinton BBC-yə müsahibəsində qeyd edib.

"Mən əvvəllər də söyləmişəm ki, "heç vaxt, heç vaxt, heç vaxt "heç vaxt" demə". Sizə deyə bilərəm ki, bir çox insanlar mənə bu barədə düşünməyim üçün böyük təzyiq göstərirlər. Lakin deyə bilərəm ki, hazırda belə bir şey tamamilə mənim planlarımda yoxdur".