BAKI, 13 noyabr — Sputnik. "Sosial şəbəkələrdə yayılan videgörüntülərdən məlumatlıyıq, müvafiq rayon polis idarəsində araşdırma aparılır". Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O, qeyd edib ki, araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək: "Gün ərzində məsələ ilə bağlı araşdırma aparılacaq və nəticəsi barədə məlumat veriləcək".
Xatırladaq ki, Bakıda gecə saatlarında iki nəfər şəxs küçədə yolu bağlayıb, avtomobillərin hərəkətində problem yaradıb, söyüş söyərək, yol keçən insanlara hücum ediblər.
Onlar həmçinin yoldan keçən qadına hücum edərək, onu vurublar. Bundan ətrafdakı insanlar həmin iki nəfərə yaxınlaşaraq, onların hərəkətlərinin qarşısını alıblar. Videogörüntüdə söyüş olduğu üçün vermirik.