Hər kəs ondan üz döndərir, hətta ordu da

Boliviyada xeyli müddətdir davam edən aksiyalardan sonra bazar günü prezident Evo Morales istefaya gedib və ölkəni tərk edib.
Sputnik

BAKI, 13 noyabr — Sputnik. Boliviyanın Silahlı Qüvvələri istefaya gedən prezident Evo Moralesdən sonra ölkə başçısı səlahiyyətlərini icra edən müxalif senator Janin Anyesi dəstəklədiklərini bəyan edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Boliviya ordusunun ali baş komandanı Uilyams Kalimanın göndərdiyi məktubda bildirilir.

Müvafiq məktub "Pagina Siete" nəşrinin "Twitter" səhifəsində yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl Anyes müvəqqəti olaraq prezident səlahiyyətlərinin icrasına başladığını bildirib. Konstitusiya məhkəməsi isə onun səlahiyyətlərini təsdiqləyib.

Xatırladaq ki, Boliviyada xeyli müddətdir davam edən aksiyalardan bazar günü prezident Evo Morales istefaya gedib və ölkəni tərk edib. Etiraz aksiyaları zamanı 7 nəfər ölüb.