Trampın impiçmenti barədə suala Esperdən rusca cavab

Jurnalistlər bir neçə dəfə Pentaqon rəhbərliyinin zabitdən intiqam alıb-almayacağı barədə soruşublar. Esper də hər dəfə mənfi cavab verib
Sputnik

BAKI, 12 noyabr — Sputnik. Pentaqon rəhbəri Mark Esper jurnalistlərin Prezident Donald Trampın impiçmenti barədə suallarına cavab verərkən rus dili biliklərindən istifadə edib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, KİV nemayəndələri ilə görüş zamanı söhbət podpolkovnik Aleksandr Vindmanın Konqresdə impiçment proseduru çərçivəsində verdiyi ifadələrdən düşüb. Jurnalistlər bir neçə dəfə Pentaqon rəhbərliyinin zabitdən intiqam alıb-almayacağı barədə soruşublar. Esper də hər dəfə mənfi cavab verib. Ancaq ondan bir dəfə də: "Vindmanın karyerasını bitirəcəksinizmi?" soruşublar.

"No, nyet, nein, - deyə müdafiə naziri üç dildə cvab verib. - Sizə hansı dil uyğundur?"

Bununla da Vindmanın taleyinin müzakirəsinə yekun vurub.

Vindman Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasında işləyib və iyulun 25-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə Donald Trampın söhbətini eşidən məmurların arasında olub.