BAKI, 12 noyabr — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Təlim-tədris Mərkəzinin rəisi Fuad Tağızadə təqaüd yaşının çatması ilə əlaqədar vəzifəsindən azad edilib. Bu barədə "Bakı Metropoliteni"nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla bağlı səhmdar cəmiyyətin sədri Zaur Hüseynov əmr imzalayıb.
Onun digər əmri ilə Rüfət Qədəşov adı çəkilən Mərkəzə rəis təyin olunub. Bununla belə, F.Tağızadə bundan sonra R.Qədəşovun müşaviri kimi əmək fəaliyyətini davam etdirəcək.