CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Robotlar yenidən Bakıya gətirilir

Onların sırasında Las-Veqasdan “Pepper Humanoid” robotu, robot-rəssam, 6 metrlik uçan astronavt və robot pianoçu yer alıb
Sputnik

BAKI, 12 noyabr — Sputnik. Bakıda keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində (“Bakutel-2019”) ilk dəfə olaraq “Robopark” təşkil olunacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, “Robopark” çərçivəsində ən yeni və son robot modelləri nümayiş olunacaq. Onların sırasında Las-Veqasdan “Pepper Humanoid” robotu, robot-rəssam, 6 metrlik uçan astronavt və robot pianoçu yer alıb. Həmçinin “Robopark”da müxtəlif sumo, güləş və dron yarışları, kosmo-zona və 20-dən çox digər interaktiv zonalar təşkil olunacaq.

Sərgi 3-6 dekabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.