CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parlamentdə büdcə müzakirələri başlayıb, bir neçə qanun dəyişiləcək

İclasda "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında" və digər qanun layihələri müzakirəyə çıxarılacaq
Sputnik

BAKI, 12 noyabr — Sputnik. Milli Məclisin növbəti plenar iclası başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edirlər.

Prezident işimizin asanlaşması üçün 19 milyon ayırdı

İclasda "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə ediləcək.

"Əmək pensiyaları haqqında", "Məşğulluq haqqında", "Sosial müavinətlər haqqında" qanunlarda, Vergi Məcəlləsinə dəyişikliklər müzakirə ediləcək.

Milli Məclisin və Hesablama Palatasının 2020-ci il üçün xərclər smetasına da baxılacaq.

Qeyd edək ki, plenar iclas 3 gün davam edəcək.