BAKI, 12 noyabr — Sputnik. Amerikalı repçi, Lil Reese kimi tanınan Tavares Teylor aldığı güllə yaralarından sonra ağır vəziyyətdə Çikaqo xəstəxanasına çatdırılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə "ABC 7 Chicago" məlumat yayıb.
Bildirilir ki, yerli vaxtla bazar ertəsi günü saat 14:30-da (Bakı vaxtı ilə çərşənbə axşamı 00:30) polisə Çikaqo yaxınlığındakı Kantri Klab Hilsdə atışma olduğu barədə məlumat verilib.
Hadisə yerinə gələn polislər sürücüsünün oturacağı qana bulanmış avtomobil aşkarlayıblar. Bildirilir ki, naməlum şəxs yaralını artıq xəstəxanaya aparıbmış.
Xəstəxanada yaralının Teylor olduğunu təsdiqləyərək ağır vəziyyətdə olduğunu deyiblər.
Polis araşdırma aparır.