HADİSƏ

Bədbəxt hadisə şəkili sürücünün həyatına son qoydu

Sürücü Ziyad Rüstəmov hadisə nəticəsində aldığı bədən xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 noyabr - Sputnik. Şəki rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən gün axşam saatlarında Şəki rayonu Turan qəsəbəsi ərazisində rayonun Sarıca kənd sakini Ziyad Rüstəmov idarə etdiyi “Opel” markalı avtomobili aşırıb. Sürücü aldığı bədən xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.