BAKI, 11 noyabr — Sputnik. Moskvanın və bütün Rusiyanın patriarxı Kirill noyabrın 14-də Bakıya səfərə gələcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, o, paytaxtımızda dünyanın dini liderlərinin sammitində iştirak edəcək.
Səfəri çərçivəsində patriarx Kirill həmçinin Bakıda yerləşən Müqəddəs Mürdaşıyan Zənənlər Başkilsəsində olaraq xeyir-dua verəcək.
Noyabrın 14-15-də Bakıda dünya dini liderlərinin II sammiti keçiriləcək. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam hacı Allahşükür Paşazadənin 70 illiyinə və onun QMİ-yə rəhbərliyinin 40 illiyinə həsr olunmuş sammitə dünyanın müxtəlif ölkələrindən 200-dək din xadiminin gələcəyi gözlənilr. Sammitin təşkilatçısı QMİ və Azərbaycan hökumətidir.