Keçmiş mer Trampın planlarını pozmaq niyyətindədir

ABŞ-da seçkiqabağı kampaniya 2020-ci il fevralın 3-dən Ayova ştatında başlayacaq. Seçkilərin isə 2020-ci il noyabrın 3-də keçirilməsi planlaşdırılır
Sputnik

BAKI, 11 noyabr — Sputnik. Növbəti prezident seçkilərində Donald Trampın ciddi rəqibi meydana çıxıb. Nyu-Yorkun keçmiş meri, demokrat Maykl Blumberq prezident seçkilərində namizədliyini irəli sürüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə BBC məlumat yayıb.

77 yaşlı milyarder ABŞ-ın ən varlı adamlarından hesab olunur. Əvvəllər o, seçkilərdə iştirakını istisna etsə də, Demokratlar partiyasının elitasıyla məsləhətləşmələrdən sonra prezident kürsüsü üçün mübarizəyə qoşulmağa qərar verib.

Blumberq ABŞ-da çox populyardır. O, Nyu-Yorkda  2002-ci ildən 2013-cü ilədək mer olub.

ABŞ-da seçkiqabağı kampaniya 2020-ci il fevralın 3-dən Ayova ştatında başlayacaq. Seçkilərin isə 2020-ci il noyabrın 3-də keçirilməsi planlaşdırılır.