HADİSƏ

Bəslədiyi heyvan qadını xəstəxanalıq etdi

63 yaşlı qadın Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya Şöbəsinə yerləşdirilib
Sputnik

BAKI, 11 noyabr — Sputnik. Salyan rayonunda qoç 63 yaşlı qadını vurub.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə Kürqaraqaşlı kəndində baş verib.

Kənd sakini, 1956-cı il təvəllüdlü Əsgərova Narxanım Adıböyük qızı axşam saatlarında fərdi yaşayış evinin həyətində saxladığı xırdabuynuzlu heyvanları tövləyə salarkən qoc ona hücum edib. Nəticədə 63 yaşlı qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. N.Əsgərova Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya Şöbəsinə yerləşdirilib.