HADİSƏ

Bakı sakinini metronun yaxınlığında bıçaqladılar

Nərimanov rayonunda, metronun yaxınlığında bıçaqlanan kişi 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib
Sputnik

BAKI, 11 noyabr — Sputnik. Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Ulduz" stansiyası yaxınlığında baş verib. Belə ki, Bağırov Süleyman Nurəddin oğlu kürək nahiyəsindən bıçaqlanıb.

Yaralı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.