HADİSƏ

Atanın bıçaqladığı oğlu xəstəxanadan xəstəxanaya köçürdülər

Zərərçəkən əvvəlcə Zərdab Rayon Mərkəzi Xəstəxanasına, oradan da Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb
Sputnik

BAKI, 11 noyabr — Sputnik. Zərdabda ata oğlunu bıçaqlayıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini, 1968-ci il təvəllüdlü Müşfiq Məsim oğlu İsmayılov ailədaxili münaqişə zəminində oğlu, 1995-ci il təvəllüdlü Rüfət Müşfiq oğlu İsmayılovu bıçaqlayıb. Zərərçəkən əvvəlcə Zərdab Rayon Mərkəzi Xəstəxanasına, oradan da Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.