HADİSƏ

Restoranda tanınmış aparıcını bıçaqlayan şəxs tutulub

Qanlı insident dünən gecə paytaxtın Pirallahı rayonunda yerləşən restoranların birində qeydə alınıb.
Sputnik

BAKI, 11 noyabr - Sputnik. Teleaparıcı Xose Bernardo və qardaşını bıçaqlayan şəxs tutulub.

APA-nın məlumatına görə, paytaxtın Pirallahı rayonu, Əzizbəyov küçəsində 1982-ci il təvəllüdlü Rafael Hüseynova döş qəfəsindən, qardaşı Xose Bernardoya qolundan bıçaq xəsarəti yetirən şəxsin 1985-ci il təvəllüdlü Abutalıb Hüseynov olması müəyyən edilib.

Pirallahi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynov saxlanılıb.

İnsident dünən gecə Pirallahıda yerləşən restoranların birində qeydə alınıb.

Bıçaq yarası ilə xəstəxanaya çatdırılan aparıcı Xose Bernardo artıq ambulator müalicə üçün evə buraxılıb. Qardaşı Rafael Hüseynovun vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir.