CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert Kibertəhlükəsizlik üzrə Milli Strategiya barədə: ondan heç kimin xəbəri yoxdur

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyir ki, Azərbaycanın son dövrlər kibercinayətkarlıqla bağlı müəyyən uğurları var, amma problemlər də var
Sputnik

“Azərbaycanda kibertəhlükəsizlik prioritet məsələlərdən biridir. Bu baxımdan Kibertəhlükəsizlik üzrə Milli Strategiya layihəsi hazırlanıb və təsdiqolunma mərhələsindədir”. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Sputnik Azərbaycan-a deyir ki, Strategiya hazırlanır, ancaq ondan heç kimin xəbəri yoxdur:

“Qurumlar bununla bağlı müzakirələr təşkil etməlidirlər. Mən ancaq tədbirlərdə eşidirəm ki, belə bir sənəd hazırlanır. Layihənin qabaqcadan müzakirə olunması lazımdır. Hesab edirəm ki, hazırkı məqamda bu, yolverilməzdir. Azərbaycanın son dövrlər kibercinayətkarlıqla mübarizədə müəyyən uğurları var, amma problemlər də qalmaqdadır”.

Osman Gündüzün geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz