BAKI, 10 noyabr — Sputnik. Yevlaxda doğuş zamanı ana ölümü faktı qeydə alınıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Tanrıqulular kənd sakini, 23 yaşlı Gülanə Həmzəyeva Yevlax Rayon Mərkəzi Xəstəxanasında qız uşağı dünyaya gətirib.
Ancaq ana doğuş zamanı həyatını itirib. Qeyd edək ki, bu, G.Həmzəyevanın ikinci övladıdır. Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.