FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Hər tərəf al-qırmızı: Nar festivalından möhtəşəm görüntülər

Sputnik

Doğma diyarımız bir çox təbii nemətlərlə zəngindir. Zəngin təbiəti və doqquz iqlim tipi burada müxtəlif meyvələrin becərilməsinə zəmin yaradır. Bu meyvələrdən biri də nardır.

Nar istisevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Sputnik Azərbaycan bildirir ki, ölkəmizdə Şəlli mələsi, Şahnar, Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi, Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq, Qırmızı vələs və s. nar sortları yetişdirilir. Narın əsas məkanı isə Göyçaydır. Burada yetişən nar öz şöhrəti ilə dünyaya səs salıb.

Bu məşhurluğun təsbiti kimi bu il də Göyçayda Nar festivalı təşkil olunub. Sayca 14-cü festivalda  minlərlə turist, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları iştirak ediblər.

Nar - Həyat və sevginin ilahi simvolu

Builki bayramın özəlliyindən biri də festivalın 9 Noyabr Bayraq Gününə təsadüf etməsi olub. Tədbir Bayraq meydanında üçrəngli bayrağımızın ucaldılması ilə start götürüb. Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə qonaqları salamlayıb və onları müxtəlif nar çeşidləri və ondan hazırlanan məhsullarla tanış olmağa dəvət edib.

Tədbirdə nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunub, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdirilib. Builki nar bayramı məhsul satışının çoxluğu və rayona səfər edən qonaqların sayı ilə yadda qalıb. İki gün davam edəcək festivala turizm şirkətləri turlar təşkil edib və turistlərə nar və nar məhsullarının alınması üçün şərait yaradılıb.

Nar festivalından rəngarəng görüntüləri Sputnik Azərbaycan-ın fotolentində izləyin.

1 / 23
Nar festivalından möhtəşəm görüntülər
2 / 23
Nar festivalından möhtəşəm görüntülər
3 / 23
Nar festivalından möhtəşəm görüntülər
4 / 23
Nar festivalından möhtəşəm görüntülər
5 / 23
Nar festivalından möhtəşəm görüntülər
6 / 23
Nar festivalından möhtəşəm görüntülər
7 / 23
Nar festivalından möhtəşəm görüntülər
8 / 23
Nar festivalından möhtəşəm görüntülər
9 / 23
Nar festivalından möhtəşəm görüntülər
10 / 23
Nar festivalından möhtəşəm görüntülər
11 / 23
Nar festivalından möhtəşəm görüntülər
12 / 23
Nar festivalından möhtəşəm görüntülər
13 / 23
Nar festivalından möhtəşəm görüntülər
14 / 23
Nar festivalından möhtəşəm görüntülər
15 / 23
Nar festivalından möhtəşəm görüntülər
16 / 23
Nar festivalından möhtəşəm görüntülər
17 / 23
Nar festivalından möhtəşəm görüntülər
18 / 23
Nar festivalından möhtəşəm görüntülər
19 / 23
Nar festivalından möhtəşəm görüntülər
20 / 23
Nar festivalından möhtəşəm görüntülər
21 / 23
Nar festivalından möhtəşəm görüntülər
22 / 23
Nar festivalından möhtəşəm görüntülər
23 / 23
Nar festivalından möhtəşəm görüntülər