RUSİYA

Məşhur teleaparıcı əməliyyat olundu

Teleaparıcı Moskva klinikalarından birinə müraciət edib. Ona kardiostimulyator qoyulub və əməliyyatdan bir gün sonra evə yazılıb
Sputnik

BAKI, 10 noyabr — Sputnik. Məşhur "Möcüzələr meydanı" ("Pole çudes") verilişinin dəyişməz aparıcısı Leonid Yakuboviç Moskvada əməliyyat olunub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı REN TV yayıb.

Telekanalın məlumatına görə, teleaparıcı Moskva klinikalarından birinə müraciət edib. Ona kardiostimulyator qoyulub və əməliyyatdan bir gün sonra evə yazılıb.

Qeyd olunur ki, L.Yakuboviç ambulator müalicə keçəcək.