SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrov Yerevana gəlib

Rusiya XİN başçısının erməni həmkarı ilə Dağlıq Qarabağ məsələsinin həlli yollarına dair fikir mübadiləsi aparacağı bildirilir
Sputnik

BAKI, 10 noyabr — Sputnik. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bazar günü axşam Ermənistana rəsmi səfərə gəlib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Rusiya XİN başçısının səfəri erməni həmkarı Zöhrab Mnatsakanyanla birlikdə Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş sərgidə iştirakla başlayacaq. Tədbir Ermənistan Milli Qalereyasında keçiriləcək.

Rusiya XİN-dən verilən məlumat görə, Lavrovun Yerevana rəsmi səfəri noyabrın 11-də başa çatacaq. Onun Ermənistanın Baş naziri Nikol Paşinyan və ölkə prezidenti Armen Sarkisyanla görüşü, eləcə də Z.Mnatsakanyanla müzakirələri nəzərdə tutulub.

İkitərəfli əməkdaşlığa dair, Avrasiya İqtisadi Təşkilatı, KTMT və MDB xəttinə aid bütün məsələlərin müzakirəsi, BMT, AŞPA, Avropa Şurası, QİƏT və digər beynəlxalq forumlarda mövqelərin koordinasiyasının aparılması planlaşdırılır.

Həmçinin Dağlıq Qarabağ məsələsinin həlli yollarına dair fikir mübadiləsinin aparılacağı da vurğulanır.