Hava ilə sudan araq düzəltdilər: bir qədəh sizin sağlığınıza, bir qədəh planetin!

Yeni texnologiya sayəsində geniş buğda zəmilərinin istismarı aradan qalxır, mürəkkəb araqçəkmə prosesi tarixə qovuşur
Sputnik

BAKI, 10 noyabr — Sputnik. ABŞ-ın "Air" şirkəti satışa "mənfi karbonlu" araq çıxarıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Popular Mechanics yazır.

İdeya müəlliflərinin fikrincə, bu cür alkoqollu içkinin hazırlanma texnologiyası atmosferdə karbonun azalmasına kömək edir. Belə arağın hazırlanması üçün su, hava və elektrik enerjisindən istifadə olunur. Bir şüşəsi 65 dollar olar "Air" arağı 7,6 ağacın uda biləcəyi karbonu ehtiva edir.

​"Hazırlanma prosesində eynilə zavodlardakı fotosintez prinsiplərindən istifadə olunur, amma bizdə bu, daha effektiv alınır", - "Air CO."nun həmtəsisçisi və texniki direktoru Stafford Şihan deyib.

Mexanizm isə belədir: havadakı karbon və içindən elektrik enerjisi keçirilən sudan təmiz etanol ayrılır: elektrik enerjisi suyu hidrogen, oksigenə bölür, havadakı karbon atomu da buraya qarışır, metal əsaslı katalizatorda bunlar təkrar-təkrar əmələ gəldiyindən spirt yaranır.

"Konversiya reaktoru adi qıcqırma prosesinə daxil olan bərk və digər maddələr olmadan suda təxminən 10%-li etanolun qarışığını yaradır. Konversiyadan sonra etanolun faizi  xüsusi aparatla 96.5-ə çatdırılır. Sonra isə patentləşdirilmiş gizli proseslərdən sonra 40%-li araq əldə olunur", - Şihan bildirib.

Onun sözlərinə görə, bu texnologiya sayəsində geniş buğda zəmilərinin istismarı aradan qalxır, mürəkkəb araqçəkmə prosesi tarixə qovuşur.