HADİSƏ

Qəza sürücünün həyatını, iki kəndin də işığını apardı

Avtomobilin çırpıldığı elektrik dirəyi aşıb, naqillər qırıldığı üçün iki kəndə elektrik verilişi dayanıb
Sputnik

BAKI, 10 noyabr — Sputnik. Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Maşınla vurduğu qadını evə apardı, əcəli aldada bilmədi

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə ötən gecə rayonun Qarabaqqal kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Xəlilov Anar Muxtar oğlu idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan A.Xəlilov dünyasını dəyişib.

Avtomobilin çırpıldığı elektrik dirəyi aşıb, naqillər qırıldığı üçün iki kəndə elektrik verilişi dayanıb. Faktla bağlı araşdırma aparılır.