CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fəhlələrin mübahisəsi qanla bitdi

Fəhlə bir evdə çalışdığı iş yoldaşının qarın nahiyəsinə bıçaqla bir neçə zərbə endirib və sonra onun boğazını kəsib
Sputnik

BAKI, 10 noyabr — Sputnik. Masallıda fəhlələr arasında yaranmış mübahisə insidentlə nəticələnib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Şərəfə kəndində qeydə alınıb.

Boradigah qəsəbə sakini Rafiq Gülverdiyev fəhlə kimi çalışdığı evdə iş yoldaşı ilə mübahisə edib. Nəticədə o, mübahisə zamanı əlinə bıçaq götürərək Ukrayna vətəndaşı olan, hazırda Şərəfə kəndində yaşayan 1972-ci il təvəllüdlü Bəhruz Əliheydər oğlu Quliyevin qarın nahiyəsinə bir neçə zərbə endirib və sonra onun boğazını kəsib. Ağır yaralanan B.Quliyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Masallı rayon Prokurorluğu araşdırma aparır.