CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yetkinlik yaşına çatmayanları zəhərləyənlər müəyyən edildi

Satıcıları – F.Şahbazov, M.Əliyev və E.Vəliyevin barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən protokollar tərtib olunub
Sputnik

BAKI, 9 noyabr — Sputnik. Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Binəqədi RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində C.Məmmədquluzadə, H.Babaşov və 3-cü Mədən küçələrində yerləşən 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması faktları aşkar edilib. Həmin mağazaların satıcıları – F.Şahbazov, M.Əliyev və E.Vəliyevin barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub. Bu istiqamətdə reydlər davam etdirilir.