BAKI, 9 noyabr — Sputnik. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanı 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə o, özünün “Twitter” hesabında paylaşım edib.
“Can Azərbaycanın Dövlət Bayrağı günü mübarək olsun! Bir kərə yüksələn bayraq bir daha enməz!", - deyə Türkiyə XİN başçısı qeyd edib.
Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov Türkiyə Respublikasında işgüzar səfərdədir. Səfərdə məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 24-cü iclasında iştirakdır.