CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şadlıq eləyənlər "qara siyahı"ya düşdülər, siz də tanıyın

Həmin şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edilib ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq
Sputnik

BAKI, 8 noyabr — Sputnik. Bakı və Sumqayıtda fəaliyyət göstərən ictimai-iaşə obyektlərində keçirilən son monitorinq zamanı filtrlərin dəyişməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarı normadan artıq olan ictimai iaşə obyektlərinin adları açıqlanıb.

Demədi deməyin, bunu etsəniz, cərimələnəcəksiniz

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vüqar Kərimov mətbuat konfransında deyib. Onun sözlərinə görə, ən çox pozuntu halları Nizami rayonunda qeydə alınıb: "Çünki həmin ərazidə olan şadlıq saraylarının sayı çoxdur. "Xan bağı", "Cənnət", "Xan sarayı", "Hissa", "Madonna", "Milord", "Grace Hall", "Ayla" şadlıq sarayları, "Səhər mehi" və "Kometa" restoranlarında tullantıların miqdarı normadan çox olub. Binəqədi rayonunda "Sonalar sonası", "Şahənşah", "Mələk", "Oğuz xan", "Qızıl tac", "Al saray", "Amor", "Röya", Xətai rayonunda "Fəridə", "Leyla", "Şahzadə", "Elgün", "Neapol", "Movida", "Mirana", Nərimanov rayonunda "Şuşa", "Su sonası" şadlıq sarayları, "Orman", "Xankəndi", "İsa bulağı" restoranları, Sumqayıt şəhərində "Qubadlı", "Tural", "Nurlan", "Dan ulduzu", "Şahanə" və "Dədə Qorqud", Abşeronda "Qarabağ", "Ülvi", "Səmayə" və "Sultan", Gəncə şəhərində "Firuzə", "Tural" və "Şahzadə" şadlıq saraylarıdır.

Həmin şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edilib ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq".