CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ov günlərinin sayı niyə artırılıb – nazirlik rəsmisi açıqladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyir ki, nazirliyin nəzdində fəaliyyət göstərən elmi koordinasiya şurası ov günlərinin artırılması ilə bağlı məsələni müzakirə edib
Sputnik

“Ov günlərinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. Bəzi vətəndaşlar istəyirdilər ki, həftənin bütün günləri ov üçün açıq olsun”. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyib.

Hikmət Əlizadə bildirib ki, bütün dünyada ov günləri üçün qəbul olunmuş normalar var və bu da heyvanat aləmində sabitliyin saxlanması ilə bağlıdır:

“Nazirliyin nəzdində fəaliyyət göstərən elmi koordinasiya şurası ov günlərinin artırılması ilə bağlı məsələni müzakirə edib və artıq cümə günü də ov günü kimi qəbul edilib. Düşünürük ki, bununla təbiətdəki balansı qorumuş olarıq. O cümlədən, qanunsuz ovla mübarizədə çoxsaylı tədbirlər görülür. Belə hallar daha çox payız-qış aylarında baş verir. İlin sonunda bununla bağlı daha geniş statistik məlumat vermək olar”.

Hikmət Əlizadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz