Milyonlar qazanır, amma ofisiantın 5 avrosuna göz dikir

Nüsrət Gökçə Nyu-Yorkda fəaliyyət göstərən restoranlarının birində yaranan mübahisəyə görə işdən qovulan 4 türk işçiyə görə təzminat ödəyəcək.
Sputnik

BAKI, 8 noyabr — Sputnik. Sahib olduğu restoranlar və duz səpmə hərəkəti ilə dünya mediasında məşhurlaşan “Salt Bae” ləqəbli Nüsrət Gökçə cərimələnib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ötən il Nyu-Yorkda fəaliyyət göstərən restoranlarının birində yaranan mübahisəyə görə işdən qovulan 4 türk işçiyə görə o 213,415.1848 avro ((401,880 AZN) məbləğində təzminat ödəyəcək. Bu barədə Nyu-York Federal Məhkəməsi qərar çıxarıb. 

Qeyd edək ki, işdən qovulan işçilər bu ilin yanvarında Nüsrət Gökçedən şikayət edərək məhkəməyə üz tutmuşdular. Onlar iş yerində psixoloji təzyiqə məruz qaldıqlarını iddia etmişdilər.