HADİSƏ

Maşınla vurduğu qadını evə apardı, əcəli aldada bilmədi

Sürücü avtomobili ilə vurduğu qadını Ramana qəsəbəsində yaşayan qohumunun evinə aparıb, orada təcili tibbi yardım çağırıb
Sputnik

BAKI, 7 noyabr — Sputnik. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə noyabrın 6-da paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Nurlan Ağazadə idarə etdiyi "VAZ-2107" markalı avtomobili ilə Ramana qəsəbəsi, Ə.Bağırov küçəsi ilə Ramana qalası istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən paytaxt sakini, 1987-ci il təvəllüdlü Elyanə Məmişovanı vurub.

Daha sonra sürücü qadını avtomobili ilə Ramana qəsəbəsində yaşayan qohumu Xəyalə Musayevanın evinə aparıb, orada təcili tibbi yardım çağırıb. Təcili tibbi yardım gələn zaman E.Məmişova ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.